Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.