Dünən Səudiyyə Ərəbistanında oynanılması planlanan Superkubok finalının Atatürkün rəsmi olan köynəklər və pankartlar görə təxirə salınması ətrafında söz-söhbətlər hələ də davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi Səudiyyə Ərəbistanından qayıdarkən bu barədə jurnalistlərin suallarını cavablandırıb.
O, jurnalistərdən birinin "Son 20 gündə bir klub prezidenti FİFA hakimini meydanda döydü, başqa bir prezident oyundan gedişində komandasını meydandan çəkdi və nəhayət, Superkubok oyunu da oynanılmadı. Necə düşünürsünüz, bu, planlıdırmı?" sualına isə TFF rəhbəri belə cavab verib: "Təsadüfmü, yoxsa planlandımı bilmirəm. Deyə bilmirəm ki, bunlar üst-üstə düşüb, ya yox”.
Fərid
MİA.AZ