İtaliyanın "Stella Azzurra" komandasında çıxış edən 20 yaşlı 2 metr 31 sm boya sahib gənc basketbol karyerasını bitirməli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb onun tələb olunan çəki və buna uyğun əzələ kütləsini "yığa" bilməməsi göstərilib.

Məlumata görə, boyu ilə bütün dünyanın diqqətini çəkən və bir müddət əvvəl İtaliyanın “Stella Azzurra” komandasına transfer olunan Robert Bobroçki buna görə aktiv idmanla vidalaşıb: "Bu qərarı dərin kədər içində verməyə məcbur qaldım...".

Fərid

MİA.AZ