DÇ-2014-ün erkən finalı - İspaniya – Hollandiya oyunu da başa çatdı.
Mia.az xəbər verir ki, hollandlar ispanları darmadağın edib - 1:5. Oyunda hesabı İspaniya millisindən Xavi Alonso (26-cı dəqiqədə penalti) açsa da, hollandların cavabı daha kəskin olub. Hollandiya millisindən Van Persi, 44 (1:1), Aryen Roben, 53 (1:2), Vrij, 65 (1:3), Van Persi, 72 (1:4), Aryen Roben, 80 (1:5) hesabı artıran qolları vurublar.
Görüşü italiyalı baş hakim Nikola Rizzoli idarə edir. Onun köməkçiləri Renato Faverani və Andrea Stefanidir.