Türkiyədən qaçmağa çalışan terror təşkilatı üzvləri saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədirnə valiliyi açıqlama yaıb.
Qeyd edilib ki, Jandarma Komandanlığı son bir həftə ərzində 1-i terror təşkilatı PKK üzvü, 7-si FETÖ-cü olmaqla 8 nəfəri Yunanıstana qaçmağa çalışarkən sərhəddə saxlayıb: "Onlar sərhədi qanunsuz keçərək ölkədən qaçmaq istəyirdilər..."
Məlumata görə, Yunanıstan sərhədində yaxalanan şübhəlilərlə bağlı istintaq davam edir.
Firudin Səfərli
MİA.AZ