ABŞ-da sosial media fenomeni Tereza Kaçuela ayrıldığı əri tərəfindən güllələnərək öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 3 uşaq anası olan 33 yaşlı Tereza Kaçuela dayanacaqda qızının gözü qarşısında vurulub.
Keçmiş arvadını öldürdükdən sonra isə o, özünü də vuraraq intihar edib.
ABŞ-ın Havay ştatında yaşayan Tereza Kaçuelanınanası Nihoa deyib ki, dəhşətli qət dayanacaqda nəvəsinin gözləri qarşısında baş verib: "Qatil hadisə yerindən qaçaraq. bir az aralıda avtomobilinin içərisində başından özünü güllələyib...".
Nihoa iddia edib ki, qızının keçmiş əri onu daim izləyib: "Qızımı ölümlə hədələyirdi. Bu barəəd polisə dəfələrlə məlumat verilib. Lakin onlar heç bir tədbir görmədilər deyə belə faciə baş verdi...".
Ləman
MİA.AZ