“Beşiktaş” klubunun prezidenti Hasan Arat komandaya yeni baş məşqçi təyinatı əlaqədar bir neçə mütəxəssislə danışıqlar apardığının anonsunu verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Turkuvaz Media Qrupu"nun tədbirində jurnalistlərin suallarını cavablandırıb.
Arat deyib ki, görüşüb, danışıqlar apardığı məşqçilər var: "Çox yaxında yeni baş məşqçinin adını bizdən eşidəcəksiniz".
Fərid
MİA.AZ