TGRT-nin xəbər aparıcısı Meltem Günay və direktoru kanaldakı vəzifələrindən çıxarılıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb həftə sonu xəbərlərini təqdim edərkən, aparıcının stolunun üstündə yəhudi iş adamına məxsus olan və dünyanın 86 ölkəsində məkanları olan "Starbucks" şirkətinin reklam olunmasıdır.

Belə ki, xəbər yayımda TGRT Xəbər aparıcısı Meltem Günayın masasında şirkətin reklam fincanı olub.

Telekanal bunu gizli reklam olması ilə yanaşı, Qəzzadakı qətliamın yaşanması ərəfəsində qəbulolunmaz sayıb və xəbər aparıcısı ilə direktorun müqavilələrinə xitam verib.

Telekanalın bu barədə ətraflı açıqlamasını aşağıda təqdim edirik:

Lamiyə

MİA.AZ