Dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 16 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada yaralananlar aşağıdakılardır:
1. Abdullayeva Rəfiqə Kərəm qızı - 1958 –ci il
2. Əhədova Səidə Həmid qızı - 1957- ci il
3. Verdiyeva Mötəbər Mirzəhüseyn oğlu - 1961- ci il
4.Əliyeva Təranə Vəli qızı - 1965- ci il
5.Hüseynova Gülümnaz Müəllim 1956-ci il
6.Əhədova Laləzar Xanış 1966- ci il
7.Məmmədova Aidə Məmməd 1960- ci il
8.Paşayeva Zeynəb Şahvəli 1980-ci il
9.Hüseynova Südabə Hidayət 1971-ci il
10.Xuduyeva Sahilə Eminağa 1982-ci il
11.Xuduyeva Aynur Akşin 2006-ci il
12.Həsənzadə Yağmur Yalçın 2009-ci il
13.Abbasova Fatimə İsmayıl 1964- ci il
14.Abdullayeva Zəminə Həmid-1974 –ci il
15.Quliyeva Validə Sakit 1965- ci il
16.Xudiyev Səmidağa Polad 1965-ci il
17.Xuduzadə Ellada Akşin 2007-ci il