Türkiyə Super Liqasının 18-ci həftəsində "Adana Dəmirspor" "Antalyaspor"la üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 6 oyundur qələbə qazana bilməyən "Adana Dəmirspor" "Antalyaspor"u 2:1 hesabı ilə məğlub edib.
"Adana Dəmirspor"a qələbə qazandıran qolları 1-ci dəqiqədə Akintola, 45-ci dəqiqədə isə Emre Akbaba vurub.
"Antalyaspor"un yeganə qoluna 85-ci dəqiqədə Ərdoğan Yeşilyurt imza atıb.
89-cu dəqiqədə isə "Antalyaspor"dan Buksa penaltini yerinə yetirə bilməyib.
Beləliklə, meydan sahibləri liqada 7-ci qələbəsini qazanaraq xallarını 27-yə yüksəldib. "Adana Dəmirspor" həm də bir oyun artıq olmaqla liqada 5-ci pillədə qərarlaşıb.
“Antalyaspor” isə 5-ci məğlubiyyətini alıb və 24 xalla 8-ci pillədə qalıb.
Fərid Aslan
MİA.AZ