"Beşiktaş" daha bir itki ilə üzləşib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötıən axşam "Alanyaspor"la oyunda zədələnən Aleks Oksleyd-Çemberlenin sağ budunun arxa əzələsində yırtıq aşkarlanıb.
Məlumata görə, 30 yaşlı ingilis futbolçu azı 4 ay meydanda olmayacaq.
Xatırladaq ki, o, "Korendon Alanyaspor"a 3:1 hesablı məğlubiyyətin 46-cı dəqiqəsində zədələnərək oyunu tərk etməli olub.
Fərid Aslan
MİA.AZ