Son matçda "Alanyaspor"a 3:1 hesabı ilə uduzan "Beşiktaş"ın baş məşqçisi Rıza Çalımbay matçdan sonra futbolçuları "topa tutub".

Mia.az Türkiyə mətbuatlına istinadla xəbər verir ki, o, mətbuat konfransında rəqibin qalib gəlmədiyini, "Beşiktaş" futbolçularının qələbəni verdiyini iddia edib: "Bu gün "Alanyaspor" bizi məğlub etmədi, biz özümüzü uduzdurduq. Necə olar ki, belə üç açıq və kobud  səhv edək?! İllərin peşəkar oyunçuları belə səhv edərmi, yahu? Həqiqətən dəhşətdir... Onlar qol vurmadılar, biz qolu öz ayağımızla, əlimizlə verdik. Təəssüf ki, əlimizdəki oyunçular budur. Oyunçular oyuna bir az diqqət yetirməli deyilmi? O qədər azarkeş var ki, onları sevindirməliydik, amma təəssüf ki, buraxdıqları fərdi səhvlər ucbatından matçı uduzduq. Bundan başqa deyəcək heç nə yoxdu".

Baş məşqçi daha sonrakı suala cavabda deyib ki, ikinci hissəyə çox yaxşı başlayıblar: "Çemberlen hər matçda olduğu kimi yenə zədələndi. Bundan əvvəl "Fənərbağça" matçında iki oyunçumuz zədələndi. İnanamıram. Futbolçular belə açıq-aşkar səhvlərə yol verdilər...

Buraxılan qollar bizi məhv edir. Buraxdığımız qol öz qapımıza vurduğumuz qol kimidir. Digəri topu geri ötürür və o qola çevrilir. Bizim qapıçımız top vurmaq əvəzinə driblinq etməyə can atır və bu qol vurur. Nə deyim ki, daha?".

Fərid

MİA.AZ