Son turda "Beşiktaş"ı 3:1 hesabı ilə məğlub edən "Alanyaspor"un baş məşqçisi Fatih Tekke oyundan sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatlına istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında çox yaxşı mübarizə apardıqlarını və layiqli qələbəni qazandıqlarını deyib: "İlk yarıda hər şeydən çox razı qaldım. İkinci hissənin əvvəlində yorğunluq üzündən təzyiq altında idik. Ancaq ümumi götürəndə təbrik ediləcək qələbə qazandıq. Çətin səfər oyunu idi. Bizə moral qazanmaq üçün belə qələbə çox vacib idi. Futbolçularımızı təbrik edirəm". 

Hələ də istədikləri səviyyədə olmadıqlarının vurğulayan Fatih Tekke deyib ki, oyunçuların mübarizə ruhu ona zövq verir: "Oynamaq cəsarəti mənim üçün çox dəyərlidir. Bir-birimizi daha yaxından tanımağa çalışırıq. Yaxşı məşq edirik. Biz ciddi olmalı və çalışmalıyıq. Normallaşmaya doğru gedirik".

Fərid

MİA.AZ