Trendyol Super Liqasının 17-ci həftəsində "Alanyaspor" doğma meydanda "Beşiktaş"ı məğlub edib.
Mia.az Türkiyə mətbuatlına istinadla xəbər verir ki, "Tüpraş stadionu"nda baş hakim Ümit Öztürkün idarə etdiyi qarşılaşma "Alanyaspor"un 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
“Alanyaspor”un qollarını 38-ci dəqiqədə Yusuf Özdəmir, 87-ci dəqiqədə Nikolas Yanvier və 90-cı dəqiqədə Karlos Eduardo vurub.
"Beşiktaş"ın yeganə qoluna isə 9-cu dəqiqədə Ömər Kolley imza atıb.
Bununla da "Beşiktaş" 26 xalla 5-ci pillədə qalıb.
"Alanyaspor" isə xallarını 17-yə çatdırmaqla yanaşı, 15-ci pilləyə yüksəlib.
Onu da qeyd edək ki, "Beşiktaş" azarkeşləri bu oyuna maraq göstərməyib, tribunalar boş qalıb..
Xatırladaq ki, Türkiyə millisinin baş məşqçisi Vincenzo Montella matçı canlı izləyib.
Fərid
MİA.AZ