Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.
DİN-in mətbuat xidmətindən Mia.az-a bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.
O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.
***
Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Mia.az rayon prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Məlumat üçün qeyd edək ki, 33 yaşlı Manafov Saday Əlismayıl oğlunun xidməti silahı ilə öldürdüyü şəxs bibisi oğludur.
Qətlə yetirilən Rəfail Feyzullayevin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.
Hazırda faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
MİA.AZ