""Beşiktaş"da hədəf heç vaxt dəyişmir. Qarşıda həm liqa, həm də Türkiyə Kuboku var. Nə olursa olsun, çempinluq yarışından vaz keçməyəcəyik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Rıza Çalımbay deyib.
O, "İdmanın Ən Yaxşısı" mükafatlandırma mərasimində jurnalistlərin suallarına cavab olaraq bildirib ki, "Beşiktaş"da hədəflər böyükdür: "Qarşıda bizi həm liqa, həm də Türkiyə Kuboku gözləyir. Nə olursa olsun, dediyim kimi çempinluq yarışında sonadək var olacağıq. əgər yanvar ayında başlayacaq transfer dönəmində 3-4 yaxşı oyunçu gətirə bilsək, hər şey tamam başqa olacaq".
Fərid
MİA.AZ