"Yalnız bu gün deyil, ümumilikdə türk futbolu üçün hüznlü gecələr yaşayırıq. Bu olaya çox təəssüflənirəm"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Trabzonspor"un baş məşqçisi Abdullah Avcı jurnalistlərə açıqlamasında deyib.

Ötən gecə "İstanbulspor" - "Trabzonspor" matçının 74-cü dəqiqəsində "İstanbulspor" rəhbərliyinin hakimə etiraz edəərk, futbolçuları meydandan çıxarmasının yaratdığı vəziyyətə onların səbəb olmadığını bildirib: "Baş verənlərdən son dərəcə kədərlənirəm. Bu haqda qərarı futbol federasiyası verəcək. Mən və komandam sadəcə oyunda qalmaq, futbola töhfə vermək üçün burdayıq. Lakin bu gün baş verənlərə təsir edə bilmərik. Bu, bizim dəyişdirəcəyimiz bir şey deyil. Soyunub-geyinmə otağında da oyunçularla oxşar söhbətimiz oldu. Bu vəziyyəti dəyişə bilmərik".

Fərid

MİA.AZ