"Trabzonspor"la oyunda hakimin qərarlarına etiraz olaraq 74-cü dəqiqədə futbolçularını meydandan çəkən "İstanbulspor" klubunun prezidenti Ecmel Faiq Sarıalioğlunun hərəkəti dünyada böyük rezonas doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezientinin meydandan çəkilmə qərarından sonra ona yaxınlaşaraq diz çökən "İstanbulspor"un futbolçusu Simon Deli "nə olar, yalvarıram, icazə ver, oynayaq", - deyə, onu fikrindən vaz keçirməyə çalışıb.

Lakin futbolçunun xahiş klub prezidentinin yumşalda bilməyib.

Xatırladaq ki, oyunun 74-cü dəqiqəsində futboçular meydandan çəkilsə də, hakimlər "Trabzonspor"lu oyunçularla birgə 87-ci dəqiqəyə qədər onların geri qayıtmasını gözləyib. Lakin klub prezidenti qərarından dönməyib.

Oyun həmin ana qədər 2-1 hesabı ilə Qara dəniz komandasının xeyrinə olub.

Fərid

MİA.AZ