Almaniyanın məşhur komandalarından olan "Bavariya" təcrübəli hücumçusu Tomas Müllerlə yeni müqavilə bağlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən məlumata görə, mövsümün sonunda başa çatacaq 34 yaşlı Müllerin müqaviləsi 30 iyun 2025-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, 2008-ci ildən "Bavariya"da oynayan Müller 684 matçda 237 qol vurub, 261 məhsuldar ötürmə edib.
Müller Almaniya millisinin heyətində isə 126 matçda 45 dəfə rəqib qapısını silkələyib.
Fərid
MİA.AZ