Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb.

Mia.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qeyd edək ki, O, noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.