İsrailin Qəzzaya hücumlarına görə Yəməndə silahlı güc olan Husi qruplaşmasının dünya ticarətində mühüm rola sahib olan Qırmızı dənizdə yük gəmilərinə basqınları təhlükəli vəziyyət yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Yəməndəki husilərin Bab əl-Məndəb boğazı vasitəsilə İsrail limanlarına gedən bütün gəmiləri hədəf almasından sonra qlobal neft və enerji ticarətinin gələcəyi ilə bağlı narahatlıqları artırıb. İş o yerə çatıb ki, bir çox beynəlxalq şirkətlər Qırmızı dəniz marşrutunu dəyişib.

Yəməndəki husilərin qanadlı raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə İsrail və dənizdəki yük gəmilərinə hücumlarının intensvləşməsi isə durumu daha da vahim hala gətirib.

Qırmızı dənizdə gərginlik nə vaxtdan və niyə artıb?

Xatırladaq ki, İsrailin Qəzzada davam edən hücumlarından sonra husilərin lideri Əbdülməlik əl-Husi noyabrın 14-də televiziya çıxışında Qırmızı dənizdə İsrail gəmilərini hədəfə ala biləcəklərini açıqlayıb. Ardınca "Husilər"in sözçüsü Yəhya Seri noyabrın 19-da İsrail bayrağı altında üzən istənilən gəmini sıradan çıxaracaqlaırnın anonsunu təkrarlayıb. Və bundan bir neçə gün sonra Husilər Qırmızı dənizdə “Unity Explorer” və “Number Nine” adlı iki İsrail gəmisinə PUA və raket hücumu təşkil edib.

Bu hadisələrdən sonra bir çox şirkət Qırmızı dənizdəki rotasını dəyişib: "Baxmayaraq ki, yolllaır dəfələrlə uzanıb, lakin təhlükəsizlik ticarət gəmiləri üçün əsasdır...".

İsrailin nəhəng ZIM gəmiçilik şirkəti də noyabrın 29-dan Oman dənizi və Qırmızı dənizdəki təhlükəsizliyi əsas gətirərək gəmilərinin bu rotadan istifadə etməyəcəyini bəyan edib.

Bundan 5 gün sonra ABŞ ordusunun mərkəzi komandanlığı (CENTCOM) Qırmızı dənizin cənubunda beynəlxalq ərazi sularında 3 ticarət gəmisinə 4 hücumun həyata keçirildiyini açıqlayıb və buna görə ordunun bölgədə yeni əməliyyata başladığını elan edib. Lkain bu Hüsiləri qorxutmaq üçün yetərli olmayıb.

Məlumata görə, bu səbəbdən ABŞ öncüllüyündə bir neçə ölkənin (ABŞ, Böyük Britaniya, Bəhreyn, Kanada, İtaliya, Fransa, Hollandiya, Norveç, Seyşel adaları və İspaniya) hərbi gəmiləri dünəndən Qırmızı dənizə daxil olub. Məlumata görə,  koalisiya gəmiləri dənizdə təhlükəsizliyi və ticarət gəmilərinin rahat keçidini təmin edəcək.

Bu fakt göstərir ki, ticarət gəmilərinin rotasını uzatması dünya ticarət dövriyyəsinə mühüm təsir etməkdir.

33 min gəminin keçid elədiyi Qırmız dənizin üstünlükləri...

Qeyd edək ki, Qırmız dəniz dünya ticarətində mühüm tranzit yoludur. Buradakı Bab əl-Məndəb boğazı isə Asiya ilə Afrika arasında yerləşir. Ən dar nöqtəsində eni 32 km olan boğazdan hər il təxminən 33 min gəmi keçir.

Bu gəmilərin əhəmiyyətli bir hissəsi Fars körfəzi ölkələrindən neft daşıyan tankerlərdir.

Dünyada neft istehlakının təxminən beşdə birinin keçdiyi Bosfor boğazında nəqliyyatın təhlükəsizliyi və təhlükəsizliyi beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir. ABŞ, Rusiya, Çin, Fransa və İsrail Boğaza yaxın ölkələrdə hərbi bazalarının olmasını istəyir.

Digər tərəfdən, Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən süni su yolu olan Süveyş kanalı Afrika qitəsi ətrafında daha uzun bir yol keçmədən Avropa və Asiya arasındakı dəniz ticarət yolunu qısaldır.

Amerikanın Bloomberg agentliyinin məlumatına görə, dünya neft ticarətinin təxminən 10 faizi və maye qaz ticarətinin 8 faizi, xam neftin isə təxminən üçdə ikisi buradan keçir. Hər gün dünya üzrə konteynerlərin təxminən 30 faizi Qərmızı dənizdən keçməklə 193 kilometr uzunluğundakı Süveyş kanalından yol alır.

ABŞ-da yerləşən Bloomberg, Fransanın Le Figaro qəzeti və digər Qərb mediası və beyin mərkəzləri bildirirlər ki, Bab əl-Məndəb boğazındakı təhlükəsizlik problemi Qırmızı dənizdə və Süveyş kanalı vasitəsi ilə həyata keçirilən dünya ticarətini "topalladıb": "Əgər nəzərə alsaq ki, Qırmızı dənizdən istifadə etməyəcəklərini bəyan edən beynəlxalq gəmiçilik şirkətlərinin sayı günü-gündən artır, o zaman gəmi ilə ticarətin böyük ölçüdə can üstə oduğunu demək mümkündür. Xüsusiylə Böyük Britaniyanın nəhəng enerji şirkəti BP də Qırmızı dənizdə bütün tankerlərin hərəkətini dayandıracağını açıqlayıb. Bu isə təhlükənin miqyasını aydın göstərir..."

Lamiyə ƏHMƏDLİ

MİA.AZ