Yanvar ayında başlayacaq transfer dönəmində Vinsent Aboubakarla yollarını ayırmağa hazırlaşan "Beşiktaş" yeni hücumçu ilə axtarışlarına başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, menecerlər bir müddət əvvəl heyətdən kənarlaşdırılan Abubakarın yerinə alman ulduz Timo Verneri gətirməyi tövsiyə ediblər.

Məlumata görə, Almaniyanın "Leyptsiq" komandasında forma geyinən 27 yaşlı futbolçu bu mövsüm 14 matçda cəmi 2 qol vurub.

O, 2020-ci ildə 53 milyon avroyadən "Çelsi"yə transfer olunsa da, Premyer Liqada arzulanan performansı göstərə bilmədiyindən yenidən 20 milyon avroya "yuvası"na dönüb.

Fərid Aslan

MİA.AZ