İzmirdə Türkiyə Silahlı Qüvvələrinin bölmələrində kök salan FETÖ strukturuna qarşı yeni əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla 10 şübhəli saxlanılıb, 2 nəfər isə axtarışa veirlib..
Bu barədə açıqlama yayan İzmir Respublika Prokurorluğundan bildirilib ki, onlardan 4-ü hazırda xidmətdə olan hərbi qulluqçu, 2-si keçmiş əsgər, 6-sı isə keçmiş hərbi məktəb tələbələridır: "Ümumilikdə 12 nəfərə cinayət işi açılsa da, şübhəlilərdən 2-ci gizlənməyə macal tapıb. Onların tezliklə həbsi üçün müvafiq əməliyyat tədbirləri davam edir".
Samir Musayev
MİA.AZ