Sentyabrın 4-də Şirvan şəhəri ərazisində 1963-cü il təvəllüdlü Yavər Bağırovun qəsdən öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Mia.az xəbər verir ki, istintaqla 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.