"Qəzzada Anadolu Agentliyinin (AA) fotojurnalistinə hücum edən İsrail polisi məsuliyyətə cəlb olunmalıdır"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözəri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında suala cavabda deyib.
Onun sözlərinə görə, dünyanın harası olursa olsun, jurnalistlərə hücumlar qəbulolunmazdır: “Bu hadisə ilə bağlı videolara baxdım. Jurnalistə qarşı güc tətbiqi ilə bağlı narahatedici görüntülərin təsviri bizi çox narahat edir. İsrail təhlükəsizlik qüvvələri bu faktı araşdırmalı və AA-nın əməkdaşı Mustafa Harufa hücum edəni cəzalandırmalıdır. Bu, hərəkətə cavab verilməlidir".
Xatırladaq ki, bir neçə gün əvvəl İsrail qüvvələri cümə namazına qadağa qoyduğu "Məscidül-Əqsa" yaxınlığında vəzifəsini icra edən AA-nın fotomüxbirinin sifətinə avtomatın qundağı ilə vurub, daha sonra isə onu yerə yıxaraq təpikləyib.
Aldığı ağır zərbələrdən sonra Haruf təcili yardımla Şərqi Qüdsdəki Makasid xəstəxanasına aparılıb.
Firudin Səfərli
MİA.AZ