Almaniya İsrail əsgərlərinin jurnalistlərə qarşı hücumlarını pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner mətbuat konfransında sualları cavabda deyib.

O, Anadolu Agentliyinin sualına cavabda  bildirib ki, Qəzzada öldürülən jurnalistlərin sayının 90-ı keçib: "Belə hadisələr, əlbəttə ki, qəbulolunmazdır. Aydındır ki, mətbuat azadlığı yüksək dəyərdir və təbii ki, biz buna böyük əhəmiyyət veririk. Bu kimi hadisələrə İsrail aydınlıq gətirilməlidir”.

Bu cür hadisələrin Almaniya hökuməti tərəfindən niyə rəsmən pislənməməsi ilə bağlı suala Vaqner belə cavab verib: “Mən bu hadisəni qınadım...".

Firudin Səfərəli

MİA.AZ