Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Almaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsində "Türk dünyası Mətbuat mükafatı"na layiq görülüb.

Mia.az xəbər verir ki, 100-dən çox media təmsilçisinin iştirak etdiyi mərasimə Türkiyə və Avropanın əksər ölkələrindən dövlət rəsmiləri, siyasətçilər, iş adamları, media rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Mükafat Almaniyanın Neukirchen-Vluyn şəhərində keçirilən 3-cü "Avropa Türk Media Zirvəsi" zamanı təqdim edilib.

Qeyd edək ki, proqramın sonunda siyasətdən sənətə, vətəndaş cəmiyyətindən mediaya Avropada yaşayan və öz sahələrində uğur qazanan türklər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.