UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin cütlükləri müəyyənləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər bəll olub.
Pley-off mərhələsindəki qarşılaşmalar belə olub:
Şturm Qraz (Avstriya) - Slovan Bratislava (Slovakiya)
Servette (İsveçrə) - Ludogorets (Bolqarıstan)
Union Saint-Gilloise (Belçika)-Aintracht Frankfurt (Almaniya)
"Real Betis" (İspaniya) - "Dinamo Zaqreb" (Xorvatiya)
Olimpiakos (Yunanıstan) - Ferensvaros (Macarıstan)
Ajax (Hollandiya) - Bodo/Glimt (Norveç)
Molde (Norveç) - Legia Varşava (Polşa)
Maccabi Hayfa (İsrail) - Gent (Belçika)
Avropa Konfrans Liqasında H qrupunu lider olaraq başa vuran və birbaşa son 16-lığa yüksələn “Fənərbağça”nın rəqibi 23 fevral 2024-cü ildə keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
Fərid
MİA.AZ