Türkiyədə terrorçulara dəstək verən şəxslər tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersin və Qaziantepdə terror təşkilatı İŞİD-ə maliyyə yardımı etdiyi iddiası ilə saxlanılan 9 şübhəlidən 7-si həbs edilib.
Bu barədə yayılan məlumatı Mersin Jandarma Komandanlığı təsdiqləyib.
Məlumata görə, İŞİD-ə pul topladığı iddiası ilə həbs edilən şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulub.
Firudin Səfərli
MİA.AZ