FIFA Klublararası Dünya Çempionatı 2025-ci ildən etibarən 32 komandadan ibarət yeni formatda keçiriləcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, FİFA-nın verdiyi açıqlamaya görə, 2025-ci ilin 15 iyun-13 iyul tarixləri arasında ABŞ-ın ev sahibliyi edəcəyi turnirin formatında dəyişikliklər olacaq.
Məlumata görə, yeni formatda 6 konfederasiyadan 32 komanda turnirdə iştirak edəcək: "Hər qrupda 7 komanda yer almaqla 8 qrup olacaq. Qrupda ilk iki yeri tutan komandalar növbəti tura çıxacaq və bundan sonra bir-birlərinə qarşı tək-tək oyun oynayacaqlar. Uduzan yarışı tərk edəcək".
Xəbərdə o deyilir ki, turnirə qitələr üzrə qatılacaq komanda sayı belə olacaq:
Avropa: 12
Cənubi Amerika: 6
Afrika: 4
Asiya: 4
Şimali və Mərkəzi Amerika və Karib hövzəsi: 4
Okeaniya: 1
Meydan sahibləri: 1
FİFA həmçinin 2024-cü il dekabrın 14-18-də keçiriləcək yeni turniri - Qitələrarası Kubokda iştirak şərtlərini açıqlayıb.
Bu qurumun formatında UEFA Çempionlar Liqasının çempionu finalda digər konfederasiyaların pley-off mərhələsini keçən komanda ilə qarşılaşacaq.
Fərid
MİA.AZ