Braziliyalı yarımmüdafiəçi ağlaya-ağlaya getdiyi Türkiyəyə geri dönür.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Josef de Souza Super Liqaya qayıtmaq üçün gün sayır.
Məlumata görə, daha əvvəl “Beşiktaş” və “Fənərbağça”da forma geyinən 34 yaşlı futbolçu ötən mövsüm “Beşiktaş”dan ayrılaraq “Beijing Guoan”a transfer olunub: "O, Türkiyədən ayrılarkən ağlamışdı. İndisə o, geri qayıtmaq üzrədir. Hazırda yanvarda transferlər hazırlıqlarına başlayan 3-4 klub Souza ilə danışıqlar aparır".
Türkiyə mətbuatı yazlr ki, Jozef de Souzaya ən sərfəli təklifi hələlik "RAMS Başakşehir"dir: "Onlar arasında demək olar ki, prinsipial anlaşma əldə olunub. Böyük ehtimalla brazilyalı futbolçu yanvar ayında Türkiyəyə rəsmən dönəcək"
Fərid
MİA.AZ