Qətərdə İsrailin Qəzzada hücumlarından zərər çəkən fələstinlilərə dəstək məqsədilə xeyriyyə oyunu keçiriləcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, xeyriyyə oyunu Qətər Fondunun vitse-prezidenti Əl-Meyassa bint Hamed Al Thani və Qətər Akademiyası tələbələrinin başlatdığı “Fələstinin yanında durun” təşəbbüsü çərçivəsində təşkil olunacaq.

Məlumata görə, "Qatar Education City Stadium"da keçiriləcək matçdan əldə edilən bütün gəlir Qətər Qızıl Aypara Cəmiyyəti vasitəsilə Qəzzaya bağışlanacaq.

“Qatar” və “Fələstin” adlı iki təmsilçi komanda arasında keçiriləcək futbol matçında Qətər Milli Komandasının futbolçuları, keçmiş futbolçular, Qətər Akademiyasının tələbələri və Fələstin məktəbinin tələbələri forma geyinəcək.

Qətər televiziyasında canlı yayımlanacaq xeyriyyə matçı çərçivəsində konsert, dron şouları, lotereya və mükafatlandırma mərasimi keçiriləcək.

FƏRİD

MİA.AZ