Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" Bakıda İsveçin "Hakken" komandasını qəbul eidb.
Mia.az xəbər verir ki, saat 21.45-də başlayan oyunun 44-cü saniyəsində "Qarabağ" hesabı açıb.
Leandro Andrade qapçının səhvindən yararlanıb - 1:0.
45+3-cü dəqiqədə isə "Qarabağ" Yassin Benzianın qolu ilə fərqi artırıb - 2:0
İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə hesab dəyişməyib - 2:0
Beləliklə, "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.
H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
Fərid
MİA.AZ