Son vaxtlar sol cinah müdafiəsində sıxıntıalr yaşayan “Qalatasaray" ötən yay heyətinə cəlb etdiyi 26 yaşlı ispaniyalı futbolçu Anjelino ilə yolunu ayırmağı planlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Leypsiq" klubundan satın alma opsionu ilə icarəyə götürülən və indiyədək 19 dəfə meydana çıxan futbolçu gözləntoiləri qarşılamayıb: "O, əgər bir oyuna da çıxarsa, o zaman "Qalatasaray" onu məcbur 6 milyon avroya satın almalı olacaq. Çünki müqaviləyə görə, Ancelino "Qalatasaray"da ümumilikdə 20 rəsmi oyuna çıxacağı təqdirdə, transfer məcburi xarakter alır. O səbəbdən İstanbul klubu onu son 20-ci oyuna daxil etmək istəmir".
Məlumata görə, "Qalatasaray" rəhbərliyi və texniki heyət Angelinonun çıxışından razı deyil: "Hazırda klub indiyədək cəmi 1 qol və 1 məhsuldar ötürmə edən futbolçu ilə bağlı klunbu ilə də danışıq aparır. Əgər transfer qiyməti yarıdan aşağı endirilərsə, o zaman onunkomandada qalması düşünülə bilər. Əks halda, o, qış transfer dönəmində yola salınacaq".
Fərid
MİA.AZ