Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) Bələdiyyə başçısı Mənsur Yavaş ""Mke Ankaragücü"nün aşağı liqaya düşəcəyi" ididası ilə bağlı bəyanat yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sosial media hesabında belə bir ehtimala qarşı çıxıb.
Mənsur Yavaş bildirib ki, bir şəxsin günahını bütün komandaya "yükləmək" olmaz: "Belə bir yanaşmanı əsla qəbul etməyəcəyik. 113 illik tarixi olan "Ankaragücü" heç vaxt tək deyil, Atamızdan (Atatürkü nəzərdə tutur - Mia.az) bizə əmanətdir. Kiminsə səhvi 113 illik "MKE Ankaragücü" klubuna şamil edilməməlidir".
Xatırladaq ki, Türkiyə mediasında TFF-nin hakimi yumruqlayan klub başqanı Faruk Kocaya görə "Mke Ankaragücü"nün aşağı liqaya düşürəcəyi barədə qərar verəcəyi iddia olunur.
Mənsur Yavaşın bu barədə paylaşımını aşağıda olduğu kimi təqdim ediirk:
Fərid Aslan
MİA.AZ