TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentində yeni təyinat olub.

Mia.az xəbər verir ki, Elnur Hidayətoğlu departamentin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

O, bu vəzifəyə qədər Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri işləyib.

Onu da qeyd edək ki,  TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti Azərbaycan Respublikası Prezidentinin 01 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən və TƏBİB-in strukturuna uyğun yaradılan TƏBİB-in struktur bölməsidir.

Departamentin fəaliyyət istiqamətlərinə TƏBİB-in və tabeli tibb müəssisələrinin media və ictimaiyyətlə əlaqələr, marketinq, tədbirlər, daxili kommunikasiya sahələrində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin etmək daxildir.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin tərkibində 2 şöbə - İctimaiyyətlə əlaqələr və Daxili kommunikasiya şöbələri fəaliyyət göstərir.

Departamentin rəhbəri isə Zamirə Ədilovadır

Samir MUSAYEV

MİA.AZ