Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi hakim Halil Umut Melərə hücumdan sonra təxirə salınan liqa oyunları barədə açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bundan sona hakimlərə qarşı təzyiqlərə qəti imkan verməyəcəklərini deyib: "Türkiyə Futbol Federasiyası olaraq dünən baş verən hadisə ilə bağlı hüquq məsləhətçiliyi müraciət edib. Peşəkar Futbol İntizam Şurası (PFDK) lazım olanı edəcək və qərarını sabah açıqlayacaq. Digər bir məsələ də odur ki, fasilə zamanı intizam təlimatlarımızda lazımi dəyişiklikləri etmək qərarına gəldik. Belə halların təkrarlanmaması üçün hüquqlardan məhrum etmə və cərimələrlə yanaşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırırıq. Bundan əlavə, futbol atmosferinə zərər verən media yayımları ilə bağlı RTÜK ilə əməkdaşlığımız artmağa davam edəcək. Bu gün verdiyimiz qərarla bütün liqalar 19 dekabr çərşənbə axşamı yenidən başlayacaq".
TFF rəhbəri qeyd edib ki, bu həftə keçirilməli olan oyunlar isə yanvarın 10-da oynanılacaq.
Fərid
MİA.AZ