Sabah UEFA Avropa Konfrans Liqasında 2023-2024 mövsümü qruplarının son həftəsinin oyunları keçiriləcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə komandalarından heç bir şansı qalmayan “Beşiktaş” səfərdə “Luqano” ilə, “Fənərbağça” isə doğma meydanda “Spartak Trnava” ilə qarşılaşacaq.

"Beşiktaş" Bakı vaxtilə saat 00.00-da, "Fənərbağça" isə saat 21.45-də meydanda qalacaq. "Fənərbağça" növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir.

Beləliklə, Konfransı Liqasının qruplarında 6-cı həftənin oyunlarının təqvimi aşağıdakı kimidir:

21.45 Legia Varşava (Polşa) - AZ Alkmaar (Hollandiya)

21.45 Zrinjski (Bosniya və Herseqovina) - Aston Villa (İngiltərə)

21.45 Genk (Belçika) - Çukariçki (Serbiya)

21.45 Ferencvaros (Macarıstan) - Fiorentina (İtaliya)

21.45 PAOK (Yunanıstan)-HJK (Finlandiya)

21.45 Aberdin (Şotlandiya)-Ayntraxt Frankfurt (Almaniya)

21.45 Ludogorets (Bolqarıstan) - Nordsjaelland (Danimarka)

21.45 Fənərbaxça-Spartak Trnava (Slovakiya)

00.00 Slovan Bratislava (Slovakiya) - Olimpija Lyublyana (Sloveniya)

00.00 Lil (Fransa)-KI Klaksvik (Farer adaları)

00.00 Makkabi Tel-Əviv (İsrail)-Gent (Belçika)

00.00 Zorya (Ukrayna)-Breidablik (İslandiya)

00.00 Viktoriya Plzen (Çexiya)-Astana (Qazaxıstan)

00.00 "Dinamo Zaqreb" (Xorvatiya) - "Ballkani" (Kosovo)

00.00 Club Brugge (Belçika)-Bodo/Glimt (Norveç)

00.00 Luqano (İsveçrə)-Beşiktaş

Fərid

MİA.AZ