"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Kopenhagen" məğlubiyyətindən sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfərdə 1:0 hesabı ilə məğlubiyyətdən sonra Çempionlar Liqası ilə vidalaşmalarından söz açan Okan Burukun sözlərinə görə, qalib gəlmək üçün çox çaba göstəriblər: "Uduzmaq istəmirdik. Qarşımızda 2 seçim var idi: qalib gəlib Çempionlar Liqasında davam etmək və ya növbəti matçdan asılı olaraq Avropa Liqasında davam etmək. Oyun gözlədiyimiz kimi oldu. Matçın əvvəlində cinah oyunçularının işi böyük idi.Mərkəzi bağlayırdılar. Burada daha çox məhsuldar olmaq istəyirdik, amma ilk hissədə çox dəqiq mövqelər yarada bilmədik. Bəlkə də ilk qolu biz vursaydıq, ikinci də olacaqdı. Çoxlu əlverişli vəziyyətlərimiz oldu, lakin fürsəti dəyərləndirə bilmədik".

Məşqçi yeni hədəfləri barəəd suala isə belə cavab verib: "Növbəti hədəfimiz Avropa Liqasıdır. Bizi yeni hədəf gözləyir. "Qalatasaray"ın kuboklar qazanması üçün yeni bir yoldur burası. Növbəti hədəfimiz burada kuboku qazanmaqdır".

Fərid

MİA.AZ