"Qalatasaray" UEFA Çempionlar Liqası A qrupunun son turunda səfərdə Danimarkanın Kopenhagen komandası ilə qarşılaşacaq. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 00.00-da başlayacaq oyunu italiyalı referi Daniele Orsato idarə edəcək.

Qrupda 5 xalı olan və top fərqi ilə "Kopenhagen"dən sonra 3-cü yerdə qərarlaşan İstanbul klubu 1/160-ə yüksəlmək çüün mütləq qalib gəlməlidir.

Əgər "Qalatasaray" qalib gələ bilməsə, "Mançester Yunayted" isə "Bavariya"nı udammasa, o zaman "sarı-qırmızılılar" qrup üçüncüsü olaraq UEFA Avropa Liqasında yoluna davam edəcək. Yox, əgər bu halda "Mançester Yunayted" "Bavariya"ya qalib gəlsə, onda "Qalatasaray"ın Avropa kitabı bağlanacaq.

Məlumat üçün qeyd edək ki, qələbə qazanarsa, "Qalatasaray" əlavə olaraq 12,4 milyon avro qazanacaq.

Onu da qeyd edək ki, "Qalatasaray" - "Kopenhagen" arasındakı İstanbuldakı ilk matç 2:2 hesabla bitib.

Bu gün isə komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Kopenhagen": Grabara, Anderson, Vavro, Diks, Jelert, Falk, Gonçalves, Lerager, Elyounoussi, Acouri, Claesson

"Qalatasaray": Muslera, Boey, Sançez, Abdülkerim, Angelino, Kaan, Torreira, Ziyech, Kerem Aktürkoğlu, Zaha, Icardi

Fərid

MİA.AZ