"Superliqada MKE Ankaragücü - Çaykur Rizəspor matçından sonra baş verənlər qəbuledilməzdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, FİFA prezidenti Canni İnfantinonun dünın "MKE Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra baş hakim Halil Umut Melərin döyülməsi barədə açıqlamasında yer alıb.

FİFA rəhbəri bildirib ki, hakimin döyülməsi qəbulounmazdır: "Futbolda - meydanda və ya kənarda zorakılığa yer yoxdur. Superliqada "MKE Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra baş verənlər qəbuledilməzdir. Bu cür hərəkətlərin idmanda və cəmiyyətdə yeri yoxdur. Hakimlərsiz futbol olmaz. Hakimlərin, oyunçuların, azarkeşlərin və texniki heyətin təhlükəsizliyi təmin edilməli və onların oyundan həzz alması təmin edilməlidir. Mən aidiyyatı qurumları bunun bu şəkildə həyata keçirilməsini təmin etməyə çağırıram".

Fərid

MİA.AZ