Super Liqada dünən axşam keçirilən "MKE Ankaragücü" - "Çaykur Rizespor" matçının sonunda hakim Halil Umut Melərə edilən hücumla bağlı  saxlanılanların sayı 6-ya yüksəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılanlar arasında hakimi yumruqlayan və bundan az sonra ürəyində yaranan problemə görə xəstəxanaya yerləşdirilən klub prezidenti Faruk Koca da var.

Məlumata görə, onlar baş verən hadisə ilə bağlı Ankara Prokurorluğunda ifadə veridıkdən sonra məhkəməyə sövq ediləcək.

İddiaya görə, onların  6-sı da həbs olunacaq.

***

Super Liqada dünən axşam keçirilən "MKE Ankaragücü" - "Çaykur Rizespor" matçının sonunda hakim Halil Umut Melərə yumruq atan "MKE Ankaragücü"nün prezidenti Faruk Koca və dahha iki nəfər barədə həbs qərarı verilib.

Fərid

MİA.AZ