Bakı Apellyasiya Məhkəməsi “Abzas Media” internet nəşrinin əməkdaşı Nərgiz Absalamovanın həbsindən şikayəti təmin etməyib.

Mia.az  “Turan”-a istinadla xəbər verir ki, bu barədə jurnalistin vəkili Şəhla Hümbətova açıqlama verib.

O bildirib ki, şikayətə dekabrın 9-da baxılıb. İstintaq jurnalistin istintaq müddətində həbsdə saxlanılmasına tərəfdar olub.

Xatırladaq ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, nəşrin baş redaktoru Sevinc Vaqifqızı və reportyor Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs olunublar. Onlar ittihamları rədd edirlər və həbslərin korrupsiya faktlarının nəşrinə dair araşdırmalarla əlaqəli olduğunu bildirirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar nəşrin əməkdaşlarını azad etməyə çağırıblar.