Qalatasaray UEFA A qrupunun son həftə matçında sabah Danimarkanın Kopenhagen komandası ilə səfərdə qarşılaşacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 00.00-da başlayacaq qarşılaşmanı italiyalı referi Daniele Orsato idarə edəcək.
Orsatonun köməkçiləri Ciro Carbone və Alessandro Giallatini olacaq.
UEFA Çempionlar Liqası A qrupunda keçirdiyi 5 matçda 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə 5 xalı olan “Qalatasaray” eyni xala malik "Kopenhagen"dən top fərqinə görə bir pillə geridə - üçüncü yerdə qərarlaşıb.
Növbəti mərhələyə yüksələn Almaniyanın “Bavariya” komandası 13 xalla qrup birincisi, İngiltərə təmsilçisi “Mançester Yunayted” isə 4 xalla sonuncu pillədədir.
Qrupda İstanbulda keçirilən "Qalatasaray" - "Kopenhagen" matçı 2:2 hesablı bərabərliklə yekunlaşıb.
"Qalatasaray"ın UEFA Çempionlar Liqasında son 16 tura yüksəlməsi üçün sabah "Kopenhagen"ə mütləq qalib gəlməlidir.
Top fərqinə görə rəqibindən geri qalan sarı-qırmızılılar sabah qalib gələcəyi təqdirdə xallarını 8-ə yüksəldəcək və digər matçın nəticəsindən asılı olmayaraq son 16 tura ikinci qrup kimi daxil olacaq.
Əgər "Qalatasaray" qalib gələ bilməsə, "Mançester Yunayted" isə "Bayer Münhen"ə qalib gələ bilməsə, sarı-qırmızılılar qrup üçüncüsü olaraq UEFA Avropa Liqasında yoluna davam edəcək.
"Sarı-qırmızılılar" qalib gələ bilməsə və "Mançester Yunayted" Bayern Münhenə qalib gəlsə, "Qalatasaray" Avropa kitabını bağlayacaq.
Fərid
MİA.AZ