Türkiyə millisinin 2024-cü il Avropa Çempionatı üçün baza kimi istifadə edəcəyi məkan açıqlanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yığma komanda 14 iyun - 14 iyul 2024-cü il tarixləri arasında keçiriləcək turnirdə Almaniyanın Barsinghauzen şəhəri yaxınlığındakı "Sporthotel Fuchsbachtal" məkanında qalacaqlar.
Məlumata görə, milli komanda məşqini burada keçirəcək: "Aşağı Saksoniya Futbol Federasiyasına məxsus olan və federasiyanın idman akademiyasını özündə birləşdirən obyekt 93 otaqdan ibarətdir və 1 ədəd normal ölçülü təbii və süni ot örtüyü, kiçik meydança, qapalı idman zalı, fitnes mərkəzi daxildir. Burada qapalı hovuz, o cümlədən boulinq meydançası və iclas otaqları var".
Xatırladaq ki, Türkiyə millisi turnirdəki ilk oyununda iyunun 18-də Pley-off C-nin qalibi ilə, ikinci oyununda isə iyunun 22-də Dortmundda Portuqaliya ilə oynayacaq. Qrupun üçüncü oyunu iyunun 26-da Hamburqda Çexiya ilə keçiriləcək.
Fərid
MİA.AZ