Mingəçevir şəhərində dəmir yolundan relsi oğurlayan şəxslər saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 10-da Mingəçevir şəhər dəmir yolu stansiyası ərazisindən 810 metr rels, rels yanlıqları, rels altlıqları və calaq boltlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakinləri T.Məmmədov, H.Məmmədov və Yevlax rayon sakini C.Mehdiyev saxlanılıblar.