İspaniya La Liqasında ötən axşam keçirlən “Qranada” – “Atletik Bilbao” matçı 18-ci dəqiqədə dayandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 18-ci dəqiqədə tribunada azarkeşlərdən biri infarkt keçirib və bu səbəbdən oyun təxirə salınıb.
Məlumata görə, infarkt keçirən azarkeş həkimlərin səytinə baxmayaraq, elə tribunada vəfat edib. Bundan sonra azarkeşlər meydanda hakimə çağırış ediblər: "Onlar israrla oyunun təxirə salınmasını tələb ediblər. Nəhayət, gərginliyin böyüməməsi üçün baş hakim Migel Anxel Ortiz Arias oyunun təxirə salınması barədə qərar verib".
"Qranada" və "Atletik Bilbao" klubları azarkeşin qəfil vəfatı ilə bağlı başsağlığı veirblər.
Xatırladaq k, qarşılaşmada qonaq komanda "Atletik" 1-0 öndə olub.
Tarixi hələ açıqlanmayan matçın qaldığı yerdən davam edəcəyi bildirilib.
Fərid
MİA.AZ