Türkiyə superliqasında ötən axşam "Alanyaspor" səfərdə "İstanbulspor"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, liqada son 6 oyunda uduzan "Alanyaspor" bu dəfə səfərdə "İstanbulspor"a qalib gəlməklə tilsimi qırıb - 0:1.

Bununla qələbə ilə "Alanyaspor" baş məşqçi Fatih Tekkenin rəhbərliyi altında ilk qələbəsini qazanıb. 

Məlumat üçün onu da qeyd edək ki, bu oyunda “İstanbulspor”da çıxış edən Fatih Təkkənin oğlu Muhammet Berkay Tekke də meydanda olub. O, atası ilə yarışdan məğlub ayrılıb.

Oynda gəldikdə isə, Necmi Kadıoğlu Stadionunda keçirilən matçda "Alanyaspor”un qolunu 89-cu dəqiqədə Joao Novais penaltidən vurub.

Fərid Aslan

MİA.AZ