Uzun müddətdir "Fənərbaxça"nın "radarı"nda olan Rade Kruniçlə Fransanın "Lion" komandası danışıqlara başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb.

"Le10Sport"un xəbərinə görə, "Fənərbağça" "Milan"da çıxış edən Rade Kruniçlə müqavilə şərtləri ilə bağlı şifahi razılığa gəlsə də, "Lion" ortaya girərək, qeyri-rəsmi anlaşmanı poza bilər: "Liqada tarixinin ən çətin dövrünün yaşayan Fransa klubu qış transfer transfer dönəmi açılan kimi Kruniçlə daha əlverişli şərtlərlə masaya oturacaq. Onlar arasında artıq qeyri-rəsmi təmas başlayıb. "Lion" ikinci dövrəyə daha güclü heyətlə girmək və liqadan üst pillələrə qalxmaq üçün kisənin ağzını gen açacaq. Bu isə "Fənərbağça"nın arzusunun puça çıxma ehtimalını artırır".

Fərid

MİA.AZ