Super Liqada bu mövsüm evində xal itirməyən yeganə komanda "Qalatasaray" bu gün "Adana Dəmirspor"u qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" oyunda qalib gəlib - 3:1.
Oyunda ilk qolu Saşa Boey vurub. O, 22-ci dəqiqədə "Qalatasaray"ı 1-0 önə keçirib.
İlk qola assistentlik edən Kerem Aktürkoğlu 29-cu dəqiqədə fərqi 2-yə yüksəldib - 2-0.
Qonaq komanda "Yukatel Adana Dəmirspor" 45+2 hesablı VAR-dan sonra penalti qazandı. Qərara etiraz edən qapıçı Fernando Muslera sarı vərəqə alaraq cəzalanıb.
"Adana Dəmirspor"un penalti zərbəsini Nianq yerinə yetirdi - 1:2.
Matçın ilk hissəsi bu hesabla başa çatıb.
İinci hissədənin son dəqiqəqəsində "Qalatasaray" Mauro İkardinin penaltidən vurduğu qolu ilə fərqi yenidən artırıb - 3:1.
Qarşılaşma bu hesabla başa çatıb - 3:1.
Bu qələbə ilə xallarını 40-a yüksəldən "Qalatasaray" "Beşiktaş" - "Fənərbağça" derbisi öncəsi liderliyə yüksəlib.
Onu da qeyd edək ki, "Adana Dəmirspor" Super Liqada son oyundur qazana bilmir.
Fərid
MİA.AZ